Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bayram bazarlığı neçəyə başa gəlir? — VİDEO

Bayram bazarlığı neçəyə başa gəlir? — VİDEO

Sabah ilaxır çərşənbədir. Novruz ərəfəsində bayram alış-verişi üçün hər kəs bazarlara üz tutur.

Baku TV xəbər verir ki, hazırda bazarda kiloqramı 30 qəpikdən tutmuş 3 manata qədər olan alma çeşidlərinə rast gəlmək mümkündür. 

Armud 1 manat 40 qəpikdən, heyva 70 qəpikdən, nar 1 manat 50 qəpikdən, mandarin 2 manatdan, portağal isə 1 manat 70 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif edilir. 

Çərəzlərin də qiymətləri fərqlidir. Qozun kiloqramı 2 manat 80 qəpiklə 10 manat aralığında dəyişir. Məhsulun ləpəsi isə 7 – 23 manat aralığındadır. Fındıq ləpəsi istəsəniz 1 kiloqramına ən azı 13 manat verməli olacaqsınız.

Bazarda qiymətlər kimi fikirlər də fərqlidir. Alıcılardan bəziləri ucuzluq olduğunu bildirsə də, bəziləri qiymətlərdən heç də razı görünmür. 

Satıcıların əksəriyyəti isə alıcılıq qabiliyyətinin normal olduğunu bildirdilər. 

Ətraflı süjeti təqdim edirik:

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …