Şənbə , Sentyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Bask separatçıları silahı yerə qoyur
Ram Manikkalingam, a member of the commission overseeing the Basque group ETA's ceasefire, center, announces delivery of ETA weapons to French authorities, surrounded by left to right, Jean Noel Etxeverry "Txetx", Bishop Matteo Zuppi, Jean Rene Etxegarray, Mayor of Bayonne, Michel Tubiana and Reverend Harold Good during a press conference in Bayonne,southwestern France, Saturday, April 8, 2017.The armed Basque independence group ETA, inactive for more than five years, is to hand over its arms Saturday, putting a finishing touch to a 43-year violent campaign that claimed the lives of 829 people mostly in Spain. (AP Photo/bob Edme)

Bask separatçıları silahı yerə qoyur

Bask separatçılarının ETA qrupu son silah ehtiyatlarını təslim edərək, Avropanın müasir tarixində ən uzun sürən münaqişələrdən birinə son qoyur.
Beynəlxalq Nəzarət Komissiyası militant qrupun Fransa rəsmilərinə 12 silah anbarının yerinin göstərildiyi siyahını təqdim etdiyini şənbə günü təsdiq edib.

“Biz dünyada ən uzun müddət mövcud olmuş silahlı qruplardan birini təkrislah etmişik”-deyə Beynəlxalq Nəzarət Komissiyasının vasitəçisi Ram Manikkalinqam Fransanın cənubundakı Bayon şəhərində bildirib.

İspaniya polisi Bask separatçılarının ETA qrupunun üzvünü 2011-ci ildə həbs edən zaman

İspaniya polisi Bask separatçılarının ETA qrupunun üzvünü 2011-ci ildə həbs edən zaman

Şənbə günü silahların təhvil verilməsi müzakirəçilər vasitəsilə bir sıra danışıqların nəticəsi olaraq baş tutub. Tərksilah elanı Bayon şəhərində keçirilən mərasimdə yüzlərlə insan tərəfindən alqışlanıb.

Fransa rəsmilərinə istinadən silah ehtiyatlarına 130 ədəd pistolet və iki ton partlayıcı maddə daxildir.

ABŞ hökuməti tərəfindən terrorçu qrup kimi tanınan ETA 1960-cı illərin sonlarından başlayaraq, 850-dən çox insanın həyatını itirməsinə görə məsuliyyət daşıyır.

Qrup İspaniyanın şimalında və Fransanın cənubunda müstəqil dövlət yaratmaq uğrunda mübarizə aparıb.

1990-cı və 2000-ci illərdə resursların azalması və yüksək səviyyəli üzvlərinin həbsləri qrupun zəifləməsinə gətirib çıxarıb. ETA terrorunun sonuncu qurbanı 2010-cu ildə Parisdə polis zabiti olub. Qrup adını “Basklara vətən və istiqaliyyət” sözlərinin qısadılmış formasından götürüb.

Separatçılar 2011-ci ildə təktərəfli qaydada atəşkəs elan etmiş, lakin təslim olmaq, ya da silahları yerə qoymaqdan imtina etmişdi.

Silahı yerə qoymaq qrupun siyasi təşkilat kimi fəaliyyətini sona çatdırması demək olmasa da, bununla Qərbi Avropada demək olar yarım əsrdir davam edən siyasi zorakılığa son qoyulur.

İspaniya bununla belə, ETA-nın silah anbarlarına dair bütün detalları açıqladığına şübhə ilə yanaşır. İspaniya eyni zamanda, fəaliyyəti qadağan olmuş qrupun üzvləri, ya da tərəfdarlarının Bask regionunda leqal status əldə etməsinə imkan verəcək danışıqlara da müqavimət göstərib.

İspaniya ETA-nın bütünlüklə buraxılmasını tələb edib, lakin qrup ölkədə həbsdə qalan yüzlərlə üzvünə sədaqət göstərərək bundan imtina edib. (Amerikanın sesi)

Həmçinin oxuyun

İlham Şaban: Neft infrastrukturu stabillik tələb edir

Səudiyyə Ərəbistanının neft obyektlərinin keçən həftə hücuma məruz qalmasından sonra dünya üzrə neft qiymətləri qalxsa …

Bir cavab yazın