Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / İqtisadiyyat / Baş Qərargah rəisini prezident təyin edəcək – Qərar

Baş Qərargah rəisini prezident təyin edəcək – Qərar

Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimi çərçivəsində qanun qüvvəsində olan iki yeni qərarnamə elan edilib.

T24 xəbər verir ki, qərarnamədə iyulun 15-dən sonra Türkiyənin Daxili və Xarici İşlər nazirliklərindən, Milli İstihbarat Təşkilatından (MİT) 2.350 işçi, Türkiyə Silahlı Qüvvələrindən 1.356 zabit, gizir və ixtisaslı çavuş kənarlaşdırıldığı, İnformasiya Texnologiyaları və Kommunikasiya Təşkilatının isə 196 əməkdaşının işdən çıxarıldığı qeyd olunub. Hərbi Dəniz Qüvvələrindən 6 zabit, Hərbi Hava Qüvvələrindən 24 zabit, Sahil Mühafizə Xidmətinin isə 24 əməkdaşı işdən azad edilib.

Yeni sənədə əsasən, fövqəladə vəziyyət rejimi dövründə Telekommunikasiya və Rabitə İdarəsi bağlanıb:

“Bundan sonra hərbi hospitalların heyəti Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Dövlət müəssisələrində işləmək üçün 2010-cu ildə imtahan verərkən saxtakarlıqla köçürmə edənlərin əldə etdikləri nəticələr ləğv olunacaq. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisini bundan sonra prezident təyin edəcək. 4 illik hərbi fakültələrdə təhsil alan məzunlar zabit ola biləcək”.

Həmçinin oxuyun

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 126 milyon manat zərərdə

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub. …

Bir cavab yazın