Ana səhifə / İqtisadiyyat / Baş Prokurorluq müdafiə nazirinin arvadı haqda bəyanat yaydı

Baş Prokurorluq müdafiə nazirinin arvadı haqda bəyanat yaydı

Ermənistan Baş Prokurorluğu ölkənin müdafiə naziri Seyran Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanla bağlı bəyanat yayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, S.Ohanyan həyat yoldaşı Ruzanna Xaçatryanın adının yol-nəqliyyat qəzasında hallanması ilə bağlı KİV-də yayılanlara aydınlıq gətirilməsi haqda prokurorluğa müraciət edib.

Prokurorluq bildirib ki, 2002-ci il iyunun 12-də İrəvan-Aştarak yolunda baş vermiş yol-nəqliyyat qəzasında Ovannes Ayrapetyan ölüb: “Bu cinayətdə ittiham olunan Anna Xaçatryan 3 il azadlıqdan məhrum edilib. Ruzanna Xaçatryanın bu yol-nəqliyyat qəzasında iştirakı haqda məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Ermənistan KİV-i həmin qəzanı müdafiə nazirinin həyat yoldaşının törətdiyi və hüquq-mühafizə orqanlarının hadisəni ört-basdır etdiyi barədə məlumat yayıb.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın