Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Baş nazirlə 2 naziri asdıran dövlət çevrilişinin ildönümüdür

Baş nazirlə 2 naziri asdıran dövlət çevrilişinin ildönümüdür

Bu gün Türkiyədə ilk hərbi dövlət çevrilişinin 55-ci ildönümüdür.  Bel’ ki, 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiyanın (DP) ölkəni təzyiq rejimi və qardaş qırğınına apardığını iddia edən Türk Silahlı Qüvvələrindən (TSK) bir qrup zabit 27 may 1960-cı ildə hakimiyyəti ələ keçirir. 37 zabitdən ibarət Milli Birlik Komitəsi konstitusiya və parlamenti buraxdı, ölkədəki bütün siyasi fəaliyyətləri dayandırdı və prezident Cəlal Bayar, baş nazir Adnan Mendereslə birlikdə bir çox siyasətçini və DP üzvünü həbs etdilər.
Dövlət çevrilişindən 15 ay sonra, 17 sentyabr 1961-ci ildə baş nazir Adnan Menderes, xarici işlər naziri Fatin Rüşdü Zorlu və maliyyə naziri Həsən Polatkan Yassıadada qurulan hərbi məhkəmədə mühakimə edildikdən sonra asılaraq edam ediliblər.

Qeyd edək ki, hərbi dövlət çevrilişinə dair bəyanatı radioda, o dövrdə TSK-nın polkovniki olan Milliyətçi Hərəkat Partiyasının (MHP) mərhum qurucusu və lideri Alparslan Türkeş səsləndirib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın