Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Baş nazirin helikopteri tələbə qızın başını bədənindən ayırdı

Baş nazirin helikopteri tələbə qızın başını bədənindən ayırdı

Peruda baş nazir Pedro Katerianonun helikopterinə qaçaraq yaxınlaşmağa çalışan tələbə həlak olub.

Oxu.az xarici KİV-ə istinadla xəbər verir ki, 20 yaşlı Lina Sapata Feyxo Katerianoya qardaşının haqsız yerə türməyə yerləşdirilməsi ilə bağlı məktub vermək istəyib.

Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsidentdən sonra Kateriano işgüzar səfərini təxirə salıb.

Hakimiyyət insidenti araşdırmağa və baş vermiş hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəsinin əməkdaşlarını cəzalandırmağa söz verib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın