Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Baş nazirin arvadı aşpazı döyüb? – Təfərrüat

Baş nazirin arvadı aşpazı döyüb? – Təfərrüat

İsrailin Baş nazirinin arvadı aşbazı döyüb. Binyamin Netanyahunun xanımı Saranın sərxoş vəziyyətdə hirsli olduğu üçün bu zorakılığı etdiyi iddia olunur.

Axar.az xəbər verir ki, Baş nazirin həyat yoldaşının adı tez-tez dövlət pullarını israf etməkdə, içki düşkünü olmaqda hallanır.

İngiltərənin Taymz qəzeti yazıb ki, mətbəx işçiləri məhkəmədə Saranın əleyhinə ifadə veriblər. Onların sözlərinə görə, xanım Netanyahu içkili olduğu vaxtlarda onlara qarşı zor tətbiq edib.   Etti Haim adlı işçi bildirib ki, ölkənin birinci xanımı onu döyüb, bir başqası üçün isə təcili yardım çağırılmasına mane olub: “Masadakı bütün yeməkləri, qab-qacağı qəzəbli şəkildə yerə tökdü və bizə süfrənin hazırlanmasına beş dəqiqə vaxt verdiyini dedi. Çox əsəbi idi və biz də qorxmuşduq”.

Haim məhkəmə çıxışında deyib ki, baş verənləri əri – Baş nazir kənardan müşahidə edib. O, xanımının əsəbi olduğunu gördüyü üçün susmağa üstünlük verib. Baş nazirin xanımı bu iddiaları rədd edib və gələn həftə məhkəmədə ifadə verəcək.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın