Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Baş nazir azanı susdurmaq istədi

Baş nazir azanı susdurmaq istədi

İsrailin baş naziri Benyamin Netanyahu işğal altındakı Fələstin torpaqlarında azan səsini susdurmaq üçün yeni bir irqçi qanun tətbiq etmək istəyir. Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Netanyahu işğal altındakı Fələstin torpaqlarında yaşayan müsəlmanları qanunlara hörmət göstərməməkdə ittiham edərək, məscidlərdəki səsin səs ekologiyasına zərər yaratdığını söyləyib. Knessetdəki Likud Partiyasının qrup toplantısında Netanyahu belə bir məntiqsiz açıqlama ilə çıxış edib. O, müsəlmanları namaza çağıran azan səsinin qəbuledilməz olduğunu deyib.

Maaş əvəzinə qoyun verildi

Türkmənistan neft və qazın qiymətinin ucuzlaşması üzündən dövlət idarələrində maaşları ödəməkdə çətinlik çəkir. Avropa.info xəbər verir ki, “Türkmənmalları” (Türkmən heyvanları) dövlət müəssisəsində maaşları qoyun və qoçlarla ödəməyə başlayıblar. Axalsk vilayətində heyvandarlıq kompleksinin icarədarı Səlim adlı şəxs deyir ki, dövlət idarəsinin nağd pulu yoxdur, bu səbəbdən işçilər maaşını “1 qoyun = 270 türkmən manatı” ekvivalenti ilə alırlar.
“Bir qoyun təxminən 16-18 kiloqram ət deməkdir. Fəhlələr məcburdur ki, maaşı qoyunla alsınlar. Başqa nə edə bilərlər?” – deyə Səlim bildirib. Onun sözlərinə görə, işçilər qoyunları bazarda satır, bu yolla pul əldə edirlər.

Məhərrəm Əliyevin qardaşı məmurları hədələdi

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, general Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev özünün facebook hesabında məmurları “vurulmuş” nazirlərdən ibrət götürməyə çağırdı: “Deyirəm görəsən bəzi məmurlar nəyə görə gözü çıxmış kolleqalarından ibrət dərsi götürmürlər. Bəlkə elə bilirlər ki, bunlar toxunulmazdılar? Vəzifədən çıxan və tutulan generallar da sizin kimi fikirləşirdilər”.

Müxalif qadın prezident seçildi

Tayvanda keçirilən prezident seçkilərində səslərin 80%-nin hesablanmasından sonra seçkilərdə müxalif namizəd – Demokratik İnkişaf Partiyasının sədri xanım Çay İnven qalib gəlib. Məlumata görə, o, hesablanmış səslərin 60%-ni toplayıb.
Prezidentlik yarışında Qomindan Partiyasının namizədi Çji Lilun 2-ci, Xalq Partiyasının sədri Sun Çuyuy isə 3-cü olub. Artıq Çji Lilun məğlubiyyətini etiraf edib və rəqibini təbrik edib. Beləliklə, 1949-cu ildən Çindən ayrılıb müstəqilliyini elan edən Tayvana ilk dəfə qadın prezident rəhbərlik edəcək.

Ulduz futbolçu satışa çıxarıldı

Madridin “Real” klubunun prezidenti Florentino Perest aralarında olan ziddiyyətə görə Kriştiano Ronaldonu satışa çıxarıb. Musavat.com xarici agentliklərə istinadən bildirir ki, portuqaliyalı ulduzun kral klubu ilə müqaviləsi 2018-ci ilin yayına qədər idi. Buna baxmayaraq, klub onu satışa çıxarmağa qərar verib. Ronaldonu əldə etmək üçün əsas Fransanın Pari Sen-Jermen və İngiltərənin “Mançester Yunaytet” və “Mançester Siti” klubları öz təkliflərini göndərməyə hazırlaşırlar.

Sultan Laçın, Hafta.az

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın