Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Baş katib: “OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək”

Baş katib: “OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək”

“Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız – OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq”.

“Reprot” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.

M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …