Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Barselona taksiləri niyə bu rəngdədir? – Faciəli tarix

Barselona taksiləri niyə bu rəngdədir? – Faciəli tarix

Barselona şəhərində taksilərin sarı və qara rənglərdən ibarət olması ilə bağlı maraqlı bir tarixi fakt var.

Axar.az xəbər verir ki, taksilərin məhz qara və sarı rənglərdən ibarət olması görkəmli memar Antonio Qaudinin adı ilə bağlıdır. Antonio Qaudi 1926-cı ildə Barselonada ilk dəfə işləməyə başlayan tramvayın çarxları altında qalaraq, faciəli surətdə həlak olub.

Deyilənə görə, 74 yaşlı sənətkar yolun ortasında dayanıb, özünün layihələşdirdiyi şəhərə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb.

Ətrafdakı heç bir faytonçu bu kasıb geyimli insanı xəstəxanaya aparmayıb. Çünki kimsə onun yol pulu ödəyəcəyinə inanmayıb. Nəhayət onu yoxsullar üçün şəhər xəstəxanasına aparıblar, o isə huşu özünə gəlmədən oradaca keçinib.

Bu faciədən sonra Barselona şəhərinin meri taksilərin Qaudinin kədərli xatirəsinə qara və insanların islaholunmazlığı, rüsvayçılığının rəmzi olan sarı rəngdə olması ilə bağlı göstəriş verib. O gündən Barselonada fəaliyyət göstərən taksilərin hamısı bu görünüşdədir.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın