Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Barak və Mişel Obamanın prezidentlik dönəmindən sonra yaşadıqları – Fotolar

Barak və Mişel Obamanın prezidentlik dönəmindən sonra yaşadıqları – Fotolar

Obamalar Ağ Evi tərk edəndən sonra ağ günə çıxıblar

Bu ilin 20 yanvarında Amerikanın 44-cü prezidenti Barak Obama və onun ailəsi 8 il boyunca yaşadığı Ağ Evi tərk ediblər. 56 yaşlı eks prezident Barak Obama ilə 53 yaşlı xanımı Mişel Ağ Evi tərk edəndən sonra çox maraqlı həyat tərzi keçirirlər. Romantik səfərlər, məşhur dostlarla birgə keçirilən zaman, eləcə də azadlığın dadına vararaq keçirilən saatlar.

Bu günlərdə Amerika cəmiyyətinin gözü eks prezident Barak Obamanı çox axtarır. Tramp hakimiyyətinin, eləcə də prezidentin personasının fəsadları cəmiyyəti ciddi şəkildə silkələyir. Ona görə də amerikanlar keçmiş dönəmlərin xiffətini çəkməklə məşğuldur. Musavat.com Rusiya mətbuatına istinadən Obamaların Ağ Evi tərk edəndən sonra yaşadığı həyat tərzi ilə bağlı material hazırlayıb.

obama.PNG (417 KB)
Obama cütlüyü ABŞ-ın yeni prezidenti Donald Trampın əlini sıxandan və hərbi vertolyotla Endryus aviabazasına uçandan sonra onların həyatında yeni mərhələ başlanıb. Ağ Evi tərk edən kimi Obama həyat yoldaşı ilə birlikdə Kaliforniyada istirahət etməyə, ürəyi istəyən qədər qolf oynamağa gedib. Daha sonra isə britaniyalı milyarder Riçard Brensonla birlikdə adada istirahət ediblər.
Sosial şəbəkə istifadəçiləri isə onun istirahət zamanı çəkib yaydığı fotoları yayaraq “azadlığa çıxan prezident” başlıqları ilə onu paylaşırdılar. Jurnalistlər hətta onu çimərlikdə də yaxalayırdılar. Buna baxmayaraq, eks prezidentin ailəsi paparatsilərin kampaniyasına hər zaman dözümlü yanaşırdılar.

mi.el 3.PNG (781 KB)
Cütlük həmçinin sevgililər gününü də bu il daha təmtəraqlı keçirib. Mişel Tvitter hesabında aşağıdakıları yazıb: “Sevgililər günün mübarək olsun, bütün həyatımın sevgisi və adadakı ən yaxşı kompanyonum”.
Amma istirahət bununla da yekunlaşmayıb. Nyu Yorka qayıdandan sonra cütlük mədəniyyət günləri çərçivəsində xeyli tədbirə də qatılıb. Bundan sonra Barak və Mişel Kaliforniyadakı “Miraj” rançosunda qalıblar. Bu evdə Amerikanın İspaniyadakı keçmiş səfiri Ceyms Kostos və onun həyat yoldaşı, dizayner Maykl Smit yaşayıb. Məhz sonuncu Ağ Evi 2008-ci ildə dizayn edib.
Mart ayının əvvəlində isə bu dördlük Nebrask ştatında amerikan milyarder Uoren Baffetlə qarşılaşıb və bundan sonra Havaya, eləcə də Tetiaroaya yollanıb. Yeri gəlmişkən, Tetiaroa cənnət məkan sayılır, eləcə də istirahət, turizm üçün ideal məkan.


Amma Mişel Obama birinci ledi statusundan əl çəksə də, Amerika vətəndaşlarının sağlamlıq və yaşam hüquqları ilə bağlı mübarizəsindən də əl çəkmir. O, qeyri-biznes təşkilatı olan The Partnership For A Healthier Americanın Vaşinqtondakı tədbirində çıxış edərək, Trampın ünvanına iradlar səsləndirməkdən də çəkinməyib. Mişel ondan narazı idi ki, Ağ Evdəki fəaliyyəti zamanı təsdiqlənən və reallaşması gözlənən bir layihə Tramp tərəfindən dayandırılıb. Bu layihə özündə məktəblilərin sağlam qidalanmasını və məktəblərdəki menyunun dəyişməsini ehtiva edirdi.
O, prezidentə müraciət edərək aşağıdakıları demişdi: “Siz indi dayanmalı və bu barədə düşünməlisiniz. Siz nə üçün bizim uşaqların məktəbdə daha yaxşı qidalanmasını istəmirsiniz? Bu məsələ ilə bağlı sizdə qaydasında olmayan nə var və hansı səbəbdən bu haqda açıq danışmırsız?”
Bundan başqa, Obamalar ailəsi 2014-cü ilin yanvarında yaradılmış “Obama Foundation” adlı fondu kurasiya edirlər. Bundan başqa, Çikaqoda kitabxana və muzey qurmağı planlaşdırırlar. Onlar ailə olaraq əsas missiyalarını Amerika cəmiyyətində demokratik dəyərləri daha da inkişaf etdirməkdə görürlər.

obama2.PNG (804 KB)
19 mayda isə eks prezident şəxsi təyyarə ilə İtaliyaya gəldi. Cütlük Sienada yerləşən Borgo Finocchieto villasında qaldı. Ölkə boyunca səyahət zamanı cütlük özünü olduqca rahat hiss edir, idmanla məşğul olur və bölgənin görməli yerlərini gəzirdilər. Obama qolf oynayır, velosipedlə gəzir və bol-bol həyat yoldaşının şəkillərini çəkirdi.
AĞ EVDƏ BÖYÜYƏN QIZLAR

Obamanın qızları, 18 yaşlı Maliya və 15 yaşlı Saşa da valideunləri kimi hər zaman ictimaiyyətin gözü qabağında istirahət etməyi sevir. Mişel Obamanın sözlərinə görə, hər iki qızı Ağ Evi göz yaşları içində tərk edib. Getməzdən öncə orada dostları ilə bir pizza partisi təşkil ediblər. Ağ Evin divarları bacılar üçün çox doğma idi – axı onlar həyatlarının özünü dərk edən illərini burada keçiriblər. Hər iki gənc qız özlərinə məşğuliyyət tapıblar. Ona görə də valideynləri ilə istirahətə vaxtları qalmayıb.

Саша Обама на отдыхе в Майами вместе с друзьями, 14 января

Maliya özəl “Siduell Frends” məktəbini Vaşinqtonda bitirəndən sonra ali məktəb öncəsi bir il fasilə götürüb. 30 yanvarda o, Harvi Vaynşteynin prodüser mətkəbi olan The Weinstein Company-də 3 aylıq ödənişli kursa qatılıb. Onun Nyu York ofisində iş qazana bilər. O, perspektivli ssenariləri seçmək funksiyasını icra edir.
Malinin şəxsi həyatı da hər zaman jurnalistlərin diqqətini cəlb edir. Qızı hətta ofisin qabağında təsadüfi görüşləri zamanı da papatsilər yaxalayırlar.
Saşa Obama “Siduell Frends” təşkilatına da baş çəkir. KİV isə onu çox nadir hallarda təqib edir. Kiçik bacı daha çox məşğələlərə qatılır.(musavat.com)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın