Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Barak Obama: “İranın S-300 sistemlərini dəf edə bilərik”

Barak Obama: “İranın S-300 sistemlərini dəf edə bilərik”

ABŞ prezidenti Barak Obama Rusiyanın İrana S-300 PMU “Favorit” zenit-raket komplekslərinin satışına qoyulan embarqonu qaldırmasını ilk dəfə geniş şərh edib.

Azinforum.az Virtualaz.org-a istinadən  xəbər verir ki, ABŞ prezidenti MSNBC telekanalına müsahibəsində deyib ki, İranın Ruiya zenit-raket komplekslərini əldə etməsi Vaşinqton üçün maneə yaratmayacaq və əgər lazım gəlsə bu sistemləri dəf edə biləcəklər.

Rusiya bir neçə gün əvvəl İrana 5 diviziyon (40 buraxılış qurğusu) S-300 raketlərinin satılmasına dair 2007-ci ildə bağlanmış müqavilənin yerinə yetirilməsinə qoyulan qadağanı götürüb. Bu müqavilə İrana qarşı beynəlxalq sanksiyalara görə dayandırılmışdı. Prezident Vladimir Putin qadağanı İranla “altılar” qrupu arasında Lozannada əldə edilmiş nüvə razılaşmasından bir neçə gün sonra götürüb. Bu da İranın mövqelərini gücləndirməyə yönəlmiş addım kimi ABŞ-ın narahatlığına səbəb olub. Belə ki, S-300 kompleksləri İrana nüvə obyektlərini ABŞ və İsrailin mümkün hava zərbələrindən müdafiə etməyə imkan verərdi.

Lakin Barak Obama bildirib ki, Pentaqonun imkanları bu sistemləri dəf etməyə imkan verir. “Raketlərin İrana satılması 6 il təxirə salınıb. Biz bu məsələ barədə narahatlığımızı və etirazımızı bildirmişik, xüsusən də əvvəlki kimi İranla danışıqlar apardığımız bir vaxtda bu qərarın verilməsi bizi narahat edir. Ancaq bizim müdafiə büdcəmiz 600 milyard dollara yaxındır, İranın büdcəsi 17 milyard dollardan bir az çoxdur. Hətta onlar bir neçə zenit-raket kompleksləri əldə etsələr də lazım gəlsə biz onların öhdəsindən gələ biləcəyik”-Obama bildirib

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın