Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Banklardakı əmanətlərlə bağlı son vəziyyət açıqlandı – RƏSMİ

Banklardakı əmanətlərlə bağlı son vəziyyət açıqlandı – RƏSMİ

Bu ilin avqust ayında Azərbaycanda əmanətçilər banka qoyduqları pulun 28 milyon 700 min manatını geri götürüblər.

Belə ki, Mərkəzi Bankın açıqladığı göstəricilərə əsasən, bu ilin iyul ayından başlayaraq, bank sektorunda əmanətlərin həcmi azalır.

Avqustun əvvəlində banklarda 8 milyard 49.5 milyon manat həcmində əmanət var idisə, ayın sonunda əhalinin banklardakı əmanətləri 8 milyard 20.8 milyon manat təşkil edib.

İyul ayında isə əhalinin əmanətləri 59,8 milyon manat azalıb. Təkcə iyul və avqustda əhali 88,5 milyon manatını banklardan geri götürüb.

Qeyd edək ki, bu il banklarda əmanətlərin ən yüksək həddi iyulun əvvəlində qeydə alınmışdı və bu məbləğ 8 milyard 109.3 milyon manat təşkil edirdi. Bu ilin səkkiz ayında Azərbaycan banklarında əmanətlərin həcminin dəyişməsi aşağıdakı şəkildə baş verib.

Tarix

mln. AZN

01.09.2018

8020.8

01.08.2018

8049.5

01.07.2018

8109.3

01.06.2018

7867.5

01.05.2018

7881.4

01.04.2018

7657.2

01.03.2018

7750.3

01.02.2018

7497.0

01.01.2018

7561.2

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …