Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Banklar vətəndaşların kredit borclarını bağışlayacaq?

Banklar vətəndaşların kredit borclarını bağışlayacaq?

“Banklar kreditləri bağışlamaq imkanına malik deyil”.
Bunu Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev İTV-də yayımlanan “3D” verilişində deyib.

Z.Nuriyev bildirib ki, bu gün Azərbaycanın bank sektorunda 8,6 milyard manat əmanət cəmləşib:
“Biz bu əmanətlər üçün öz əmanətçilərimizin qarşısında cavabdehik. Bizim borcalanlarımız daima nəzərə almalıdırlar ki, banklarda olan vəsaitlər digər banka əmanətini etibar etmiş insanlarındır. Azərbaycanda ən böyük məsələlərdən biri də əmanətə xəyanət anlayışıdır. Banklar və bu borcu almış insanlarımız heç bir şəkildə bu əmanətə, alınmış borclara qarşı bu cür münasibət nümayiş etdirməməlidir”. 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …