Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Banklar rayonlardan çəkilir, yeni ixtisarlar baş verə bilər

Banklar rayonlardan çəkilir, yeni ixtisarlar baş verə bilər

Nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalının təşklini götürsək, bölgələrdə maliyyə xidmətlərinə ehtiyac arta bilər. Respublika rayonlarında işin sürətlə artmasına baxmayaraq, 1 avqustdək banklara ayrılan kreditlərin həcmi 2,054 milyard manat olub.

Bu isə kreditləşmə həcminin 19%-idir. Yəni, banklar real sektora deyil, ticarət əməliyyatlarına kredit ayırmağı və əhaliyə istehlak kreditlərini verməyi üstün tutaraq, əsas fəaliyyətlərini Bakıda göstərməyə davam edir.

Xüsusilə kənd təsərrüfatı kimi sürətlə inkişaf edən sahəyə 451,8 milyon manat (kreditlərin ümumi həcminin 3,5%-i) ayrıldığı halda, ticarət əməliyyatlarına 2,162 milyard manat, yaxud kreditlərin ümumi həcminin 16,8%-i ayrılıb.

Təəccüblü deyil ki, real sektorun kreditləşməsindən imtina və spekulyasiyaya üstünlük verilməsi vaxtı keçmiş kreditlərin sürətlə artmasına səbəb olub. Belə ki, ilin ilk 7 ayının nəticəsinə görə, banklar 12,860 milyard manatlıq vəsait ayırıb. Vaxtı ötmüş kreditlərin həcmi isə 1,812 milyard manat və ya ümumi həcmin 14,1%-ni təşkil edib.

Əlbəttə, 11 bankın spekulyativ əməliyyatlara görə bağlanması və vaxtı keçmiş kreditlərinin həcminin böyük olması bankirlər üçün dərs oldu. Buna baxmayaraq, onlar hələlik kredit portfelinin strukturunu köklü şəkildə dəyişmək istəmirlər və bu il avqustun 1-nə olan rəqəmlərə görə, istehlak kreditləri bütün həcmin 38,6%-ni təşkil edir.

Yeganə dəyişiklik odur ki, vəsaitlərin qaytarılmasını daha etibarlı etmək üçün maliyyəçilər il ərzində mənzil alınması və tikintisi üçün əhaliyə verilən kreditlərin həcmini (ipoteka krediti də daxil olmaqla) xeyli artırıblar — 1,491-dən 1,718 milyard manatadək. Bununla da onların həcmi ümumən kreditlərdə 8,9%-dən 13,4%-dək artıb.

Sahibkarlar ümid edirlər ki, Azərbaycan prezidentinin 15 sentyabr tarixli “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanından sonra bankirlər üzlərini real sektora çevirəcəklər.

Beləliklə, biznesin birbaşa bölgələrdə maliyyələşməsi yolunda daha bir addım atılıb. Dövlət isə növbəti dəfə banklara güzəşt edərək qaytarılmayan vəsaitlər üzrə risklərin bir hissəsini öz üzərinə götürüb.

Bankirlər isə yaxşı şəraitdə işləməyə və yalnız Bakıda əməliyyatlar keçirməyə öyrəşiblər. Lakin hazırkı dövrdə, hökumətin kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələrə güc verdiyi bir vaxtda kreditlərə bölgələrdə daha çox ehtiyac var.

Hazırda fəaliyyətdə olan 44 bankdan 32-si qalıb. Əgər regionlardakı real sektorun kreditləşdirilməsinə başlanmasa, bankların ixtisar edilməsi tendensiyası davam edəcək.

Bank sistemində ayrılmış kreditlərin həcmi (milyard manatla): 2016-cı il – 16,444; 2015-ci il – 21,730; 2014-cü il – 18,542. (Sputnik)

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …