Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Banklar qiymətli kağızlara yatırımları artırırlar – ŞƏRH

Banklar qiymətli kağızlara yatırımları artırırlar – ŞƏRH

Azərbaycan bankları getdikcə daha çox vəsaitlərini qiymətli kağızlara yatırırlar. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı ban sektoruna dair iki aylıq göstəricilərdən görmək olur.

İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, banklarımız gəlirlərini diversifikasiya etməkdə davam edir: “iqqəti çəkən əsas tendensiya bankların vəsaitlərini qiymətli kağızlara yönəltməsinin artımıdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının bank sektorunun fevralı sonuna olan icmal göstəricilərinə görə, 2019-cu ilin 2 ayı ərzində bankların qiymətli kağızlara yatırımı 17,8 faiz artaraq 4,2 milyard manata çatıb. Bununla da bu sahə üzrə maliyyələşmənin aktivlərdə payı rekord səviyyəyə – 14,1 faizə yüksəlib. Cəmi 2 ay öncə qiymətli kağızlara yatırımlar 12,2 faiz, 2018-ci ildə isə 9 faizə yaxın olub”.

Bankların digər maliyyə institutlarında yatırdıqları depozitlərdə və kredit qoyuluşunda isə azalma tendensiyası qeydə alınıb: “Depozit yatırımı yanvar-fevral aylarında 1,2 faiz azalaraq 6,4 milyard manata düşüb. Ötən il azalma hətta 10,4 faizə bərabər olub. Bank depozitlərinin aktivlərdə payı 21,4 faizə düşüb. Halbuki 2017-ci ildə bu hədd 25,9 faiz olub.

Kredit qoyuluşu cari ilin ilk iki ayında 5 milyon manat azalıb və aktivlərdə payı 43,1 faizə düşüb. Azalma maliyyə institutlarına verilən kreditlərin azalması (6,7 milyon AZN) hesabına baş verib. Müştərilərə verilən kreditlər 1,6 milyon manat artsa da aktivlərdə payı azaldıb. Ümumilikdə isə bankların aktivləri zəif olsa da artmaqda davam edib. Problemli kreditlərlə bağlı kompensasiya mexanizminin tətbiqi aktivlərinı artımını dəstəkləyəcək və hazırda 1,5 milyard manatı ötən və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulan məqsədli ehtiyatı əhəmiyyətli dərəcədə azaldacaq. Ancaq yaranmış sərbəst vəsaitlərin əhəmiyyətli hissəsinin kreditləşməyə yönələcəyi sual altındadır. Böyük ehtimalla, növbəti aylarda qiymətli kağızlara yatırımın cəlbediciliyi daha da artacaq”.Musavat.com

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …