Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / Banklar niyə kredit vermir? – AÇIQLAMA

Banklar niyə kredit vermir? – AÇIQLAMA

“Bu gün banklar kifayət qədər likvid vəsaitə malikdirlər. Bankların kredik verməməsinin səbəbi nağd vəsait çatışmazlığı deyildir. Əsas məsələlərdən biri vəsaitin geri qayıtma riskidir”.

Bu sözləri “Banklar və Biznes” Qəzetinə  “Kredit Zəmanət Fondu” mövzusundakı müsahibə verən “Azərbaycan Bank Tədris Mərkəzi” nin direktoru Cavanşir Abdullayev deyib.

Bildirib ki, kənd təsərrüfatına kredit qoyuluşu son üç ildə iki dəfə aşağı düşüb. Buna səbəb isə kənd yerlərində təminat mexanizminin olmamasıdır. Ona görə də, Kredit Zəmanət Fondu  istər  kiçik-orta biznesin, istərsə də kənd yerlərinin kreditləşməsi üçün önəmli mexanizmdir.

“Kredit Zəmanət Fondu mexanizmi bank olmayan kredit təşkilatlarına da şamil olunmalıdır”-deyə O, qeyd edib.

“Kənd yerlərinin kreditləşməsi  ilə əsas məşğul olan qurumlar BOKT-lardır. Buna görə də kiçik maliyyə institutları, o cümlədən BOKT-lar bu prosesdən  kənarda qalmamalıdır.

Cavanşir Abdullayev həmçinin bildirib ki , agent kredit təşkilatları seçilməli və seçilərkən kredit təşkilatının kapitalı, şəbəkəsi  müştəri portfeli nəzərə alınmalıdır.

O,  bu məsələ ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyası xətti ilə təklif göndərəcəklərini qeyd edib.

Müsahibənin tamamını aşağıdakı videoda izləyə bilərsiniz:

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …