Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Banklar kredit kooperativlərinə verdikləri kreditlər barədə Mərkəzi Bankı məlumatlandıracaq

Banklar kredit kooperativlərinə verdikləri kreditlər barədə Mərkəzi Bankı məlumatlandıracaq

Mərkəzi Bankın İdarə Heyəti “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Təlimat Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun (statistik vahidlər) pul və maliyyə əməliyyatları üzrə statistik hesabatların tərtib və təqdim edilməsi qaydalarını müəyyənləşdirir.

Hesabatın tərtib olunmasında məqsəd Mərkəzi Bank tərəfindən pul siyasətinin işlənməsində istifadə etmək üçün statistik vahidlərin depozit, kredit və qiymətli kağızlar bazarında əməliyyatlar üzrə fəaliyyəti, maliyyə bazarlarında faiz dərəcələri, bu əməliyyatların müxtəlif növləri, valyutası, iqtisadiyyatın sektorları və ölkənin regionları üzrə bölgüsü haqqında statistik məlumatların əldə edilməsidir.

Qüvvədə olan Təlimata əsasən, maliyyə institutları arasında kredit və depozit əməliyyatları (Forma BS-4) haqqında hesabat forması banklararası kredit bazarı və depozitlər, statistik vahidlər tərəfindən bank olmayan kredit təşkilatlarına, o cümlədən kredit ittifaqları və digər maliyyə institutlarına verilmiş kreditlər və cəlb olunmuş depozitlər üzrə əməliyyatları, onların valyutalar və müddətlər üzrə bölgüsünü əks etdirib. Maliyyə institutları arasında kredit və depozit əməliyyatları (Forma BS-4) haqqında hesabat forması statistik vahidlər, yəni Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru tərəfindən kredit kooperativlərinə verilmiş kreditlər və cəlb olunmuş depozitlər üzrə əməliyyatları, onların valyutalar və müddətlər üzrə bölgüsünü də əks etdirəcək.

Dəyişiklik noyabrın 8-dən qüvvədədir.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …