Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İqtisadiyyat / Banklar dollarla bağlı məhdudiyyət tətbiq etdi – VİDEO

Banklar dollarla bağlı məhdudiyyət tətbiq etdi – VİDEO

Son zamanlar bəzi banklara məxsus bankomatlarda ABŞ dolları ilə kartlara mədaxil xidmətinə məhdudiyyət qoyulub.

İqtisadçı ekspert Fuad İbrahimov bunun müvəqqəti xarakter daşıdığını bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlərə səbəb kimi saxta əskinasların bankomatlara mədaxil edilməsi faktlarının artması göstərilsə də, əslində belə deyil.

Ekspert bildirib ki, bankomatlar saxta əskinasların qəbul edilməməsi üçün müasir texniki cihazlarla təchiz olunub.

Fuad İbrahimovun sözlərinə görə, milli valyutanın utilizasiyası ilə bağlı Mərkəzi Bank tərəfindən tədbirlər görülür. ABŞ dollarının utilizasiyası isə ölkə hüdudlarından kənarda icra edilir və bu proses baha başa gəlir.

Məhdudiyyətlərə digər səbəb isə bankomatların proqram təminatında yenilənmələrin olması göstərilir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən cari ilin doqquz ayı ərzində yararsız vəziyyətdə 271 ədəd milli və 125 ədəd xarici valyutada pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun

İran Xəzər dənizindəki yataqları niyə istifadə etmir? – TƏHLİL

Bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr …