Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / İqtisadiyyat / Banklar Bakı finalına görə 24 saat işləyəcək

Banklar Bakı finalına görə 24 saat işləyəcək

UEFA Avropa Liqasının final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata i-map informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, may ayının 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə banklar 27 may – 1 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ümumilikdə ölkə əhalisinin, ölkəmizdə səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərindən rahat faydalanmasının təmin edilməsi məqsədilə 22 bankın 75 filial və şöbəsi müştərilərə gücləndirilmiş iş şəraitində xidmət edəcək.

9 bankın 12 filial və şöbəsi 24 saat işləyəcək.

Bundan əlavə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində ölkə əhalisinin və turistlərin maliyyə xidmətlərindən asanlıqla faydalanması üçün Palata tərəfindən istifadəyə verilmiş İ-MAP informativ xəritədə “FinalBaku2019” başlıqlı bölmə yaradılıb. Aşağıda qeyd olunan keçid vasitəsilə adıçəkilən bölməyə daxil olan istifadəçilər 27 may – 1 iyun tarixlərində ölkəmizdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək maliyyə subyektləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Final oyunu ərəfəsində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və ya müraciətlə bağlı vətəndaşlar, eləcə də şəhərimizin qonaqları MBNP-yə müraciət ünvanlaya biləcəklər.

Koordinator: Rövşən Məmmədli

E-mail: [email protected]

Qaynar xətt: +99450 8390782

Həmçinin oxuyun

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da …