Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Banklar adi rejimdə işləyir, ajiotaj aradan qalxıb – “Hökumət düzgün qərar verib, devalvasiyaya imkan vermir”

Banklar adi rejimdə işləyir, ajiotaj aradan qalxıb – “Hökumət düzgün qərar verib, devalvasiyaya imkan vermir”

Banklarda aparılan müşahidələr göstərir ki, Azərbaycanda neftin qiymətinin ucuzlaşmasından sonra yaranan dollar ajiotajı tamamən aradan qalxıb. Artıq bank şöbələri qarşısında xarici valyuta almaq istəyənlərin uzun növbələri gözə dəymir. Martın 17-də Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracında da bankların dollara olan tələbində azalma qeydə alınıb.

Mərkəzi Bankın açıqladığı məlumata görə, hərracda bankların tələbi son dəfə, yəni martın 13-də keçirilən hərracla müqayisədə 14,9 milyon dollar və yaxud 5,6 faiz azalaraq 250,3 milyon dollar təşkil edib.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …