Şənbə , Fevral 24 2024
Ana səhifə / İqtisadiyyat / Banklar əhaliyə “ucuz pul” verəcək?

Banklar əhaliyə “ucuz pul” verəcək?

Azərbaycanda kredit faizlərinin aşağı düşəcəyi proqnozlaşdırılır. 

Belə ki, Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində faiz dəhlizinin aşağı həddinin 0,5 faiz bənd azaldılaraq 9 faizdən 8,5 faizə qədər endirib. 

Bu qərarı şərh edən iqtisadçı Razi Abbasbəyli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ölkəmizdə kredit faizlərinin aşağı düşməsi birbaşa Azərbaycan Mərkəzi Bankından (AMB) asılıdır:

“Yerli banklar Azərbaycan Mərkəzi Bankı (AMB)-dən valyuta alırlar və bunun nəticəsində kredit siyasəti formalaşdırır. Bu ilin noyabrın ayının 1 də AMB üçot dərəcələrinin azaldılması ilə bağlı bir qərar qəbul etmişdir. Bu qərarı qəbul etməklə əsas məqsəd xarici kənar təsirlərlə formalaşan infilyasiyya faktorunu müəyyən mənada liberlaşdırmaqdır.

Eyni zamanda, daxili yerli banklarda kredit faizlərinin nisbətən ucuzlaşmasına cəhd edirdilər. Bu alətlərdən istifadə etməklə Mərkəzi Bankın İdarə Heyəti hesab edirdi ki, inflyasiya təsirlərini liberallaşdırmaq mümkündür və eyni zamanda yerli bankların xarici valyutalarına bağlı siyasətinə müəyyən korrektə edə bilərlər.

Nəticə etibarı ilə yerli banklar faizlərini aşağı endirə bilərdilər. Lakin biz bunu müşahidə edə bilmədik. Çünki uçot dərəcələrinin aşağı salınması kifayət qədər az olmuşdu. 0,5 faiz bəndi bazarda yerli bankların kredit portfelinə hər hansı müsbət bir təsir göstərmir. Bu baxımdan gözlənilirdi ki, Mərkəzi Bank uçot dərəcələrini daha çox 3 faiz bəndi azalda bilərdi və bunun nəticəsində 6,7 faizlik uçot dərəcəsini müşahidə edə bilərdik. Belə hal baş verərdisə, kredit faizlərinin aşağı düşməsini görə bilərdik”. 

Ekspert həmçinin, faiz uçot dərəcələrinin aşağı düşüb düşməməsi ilə bağlı danışıb:

“İndiki vəziyyətdə gözlənilən odur ki, dekabr ayının 20-də Azərbaycan Mərkəzi Bankı yenidən toplanacaq. Həmin toplantıda yenidən uçot dərəcələrin taleyi ilə bağlı qərar veriləcək. Hələlik vəriləcək qərar məlum deyil”. 

Həmçinin oxuyun

Universitet 5 mərtəbəli laboratoriya binası layihələndirmək istədi

Lənkəran Dövlət Universiteti (LDU) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi …