Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

Bank VTB (Azərbaycan) müştəriləri kredit ödənişlərini Express Pay ödəniş terminalları vasitəsi ilə edə bilər

VTB (Azərbaycan) müştərilərinin rahatlığı üçün daha bir ödəniş terminalları sistemi – Express Pay sisteminə qoşulub ki, bu da müştərilərə bankın ofislərinə gəlmədən kredit ödənişlərini etməyə imkan verəcək. Bunun üçün Express Pay terminallarındakı Banklar bölməsində VTB (Azərbaycan)-ı seçmək lazımdır. Bundan sonra 3 parametrdən birini daxil etmək tələb olunur:
• Müştərinin Pinkodu
• Kredit müqaviləsinin nömrəsi
• Kredit kartının son 6 rəqəmi
Daha sonra ödənişi etmək olar. Əməliyyat başa çatdıqda müştəri ödənişini təsdiqləyən qəbz alır. Terminal vasitəsi ilə istənilən krediti ödəmək mümkündür. Kredit üzrə ödəniş yalnız manatla həyata keçirilir (dollar kreditləri manat ekvivalentində ödənilir).

Həmçinin oxuyun

Büdcə xərclərinə qənaət olunmasının nəyi pisdir?

Başa vurduğumuz 2020-ci il dünya ölkələri üçün maliyyə-fiskal-büdcə siyasəti baxımından əvvəlki illərlə müqayisədə bir çox …