Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Bank qəhrəman zabiti “qara siyahı”ya salıb

Bank qəhrəman zabiti “qara siyahı”ya salıb

Azərbaycan Ordusunun polkovnik-leytenantı, Tovuz döyüşlərində və 44 günlük Vətən müharibəsində əvvəldən sona qədər rəşadət göstərmiş, bir neçə dəfə yaralansa da, israrla cəbhə xəttinə qayıdaraq, düşmənlə savaşmış Elşən Umarov bankların haqsızlığı ilə üzləşib. 

Zabitimiz Füzulinin, Cəbrayılın, Qubadlının azad olunmasında iştirak edib, Ali Baş Komandan tərəfindən təltif edilib. Peşəkar zabit E.Umarov hazırda Vətən qarşısında xidmətini Qubadlıda davam etdirir.

Onun yaxınları “AzPolitika.info”-ya bildiriblər ki, E.Umarov hazırda banklardan kredit ala bilmir. Çünki döyüşlərdə olduğu zaman “Unibank”-a kredit borcunu gecikdirib, buna görə onun adını Mərkəzi Bankın “qara siyahısı”-na salıblar.

Baxmayaraq ki, müharibə dayandıqdan sonra Elşən Umarov gəlib gecikmiş borclarını ödəyib.

Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev banklara tövsiyə etmişdi ki, Vətən müharibəsi iştirakçılarının döyüşlər gedən müddətdə kredit ödənişlərini o döyüşçülərə bağışlasınlar. Amma adıçəkilən bank dövlət başçısının bu tövsiyəsini Elşən Umarova aid etməyib.

“Elşən Umarov zabit kimi yüksək əməkhaqqı alıb, müharibədən əvvəl kredit borclarını vaxtında ödəyib. Ona görə kredit almaq onun üçün problem olmayıb. Amma müharibə günlərində, zabitlərin nəinki kredit ödəmək, həftələrlə ailəsi ilə telefonda danışmaq imkanı olmayıb. 

Bu şəraitdə E.Umarov kreditin borcunu necə ödəyə bilərdi? O, döyüşlərdən qayıdan kimi gecikmiş borclarını qaytarıb və hazırda qrafik üzrə ödənişini davam etdirir. Amma ona yenidən kredit vəsaiti lazımdır, çünki övladının xeyir işi yaxınlaşır, onun xərclərini qarşılamalıdır. Hazırki şəraitdə bu vəsaiti ancaq banklardan almaq olar, çünki Azərbaycan Ordusununun zabitləri, onların çevrələri varlı insanlar deyillər. Müharibədən sonra şəhidlərin, qazilərin milyonlarla manat borcları bağlanıb. 

Elə bu fakt göstərir ki, zabitlər daim ehtiyac içində olublar və bankların ən çox müştəriləri elə bu təbəqədəndir. “Unibank” ASC-dən Elşən Umarova bildiriblər ki, adı Mərkəzi Bankın reyestrində problemli müştəri kateqoriyasına salınıb. Ona görə istədiyi kredit məbləğini ona verə bilməzlər”, – deyə zabitin qohumları bildiriblər.

E. Umarov hazırda üzləşdiyi haqsızlığa görə çıxılmaz vəziyyətdədir. Onu daha çox incidən isə işi-gücü rahat otaqlarda, fırlanan kreslolarda əyləşib pul satmaq olan bankirlərin ona pul satmamasıdır. O, sadəcə aylıq 25-27 fazilə, daha doğrusu sələmçi şərtləri ilə borc vəsaiti istəyir ki, problemini yoluna qoya bilsin. Amma problemli kreditlər içində itib-batan banklar Azərbaycan zabitinin özünü “problemli” elan ediblər.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …