Ana səhifə / İqtisadiyyat / “Bank of Baku” müştəriləri ələ salıb

“Bank of Baku” müştəriləri ələ salıb

“Şikayətim Bank of Baku”dandır”.

Bankın müştərisi Nizami Əliyev belə yazıb. Onun sözlərinə görə, debet kartını itirib və içində olan pulla neçə gündür gecikən maşın kreditini ödəməliydi: “Özüm də bank işçisi olduğuma görə bilirəm ki, müştəri şəxsiyyət vəsiqəsiylə banka yaxınlaşıb kartında olan pulu götürə bilər. Nəysə, zəng eləmişəm bunlara, deyirəm, bəs, mən kartımı itirmişəm, mümkündür yaxınlaşıb içində olan pulu götürüm? Deyir ki, bəy, kartınızı itirmisizsə appdan block edin. Deyirəm, mən sizdən ayrı bir şey haqqında maraqlanıram. Bu dəfə də kartın balansında olan hesab sistemdə görsənmir deyə həmin vaxtı 2 iş günü ərzində götürə bilərsiz. Operatordan soruşuram kartın bərpa olunması neçə gün çəkir? Deyir 2 iş günü ərzində götürə bilərsiz. 2 iş günü ərzində o pulu götürmək istəsəydim hesabı bərpa edərdim və həm yeni kartı, həm pulu rahat şəkil də götürərdim”.

Şikayətçi bildirir ki, ona bankdan “seçim sizindir” deyilib: “Birdən ağlıma başqa bir plan gəldi və operator gecə yaxşı yatmadığı üçün sualı 2 ci dəfə təkrar edirdim və ondan sonra çatırdı. Bu dəfə sual verirəm ki, bəs mənim hesabıma bankda olduğum vaxt pul göndərsələr necə onu sistemdə görə biləcəklər? Buna da terminal vasitəsilə göndərilsə 40-45 dəqiqə ərzində götürə bilərsiz ona da dəqiq bir söz deyə bilmərik. Ancaq kart to kart edilirsə xeyr. Nəysə, bu gün də 80 manat “Bank of Baku” ya qurban etdik getdi…”

Həmçinin oxuyun

Azərbaycanlıların xaricdə mənzil sevdası

Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil …