Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / BANK KREDİTLƏRİNİN HƏCMİ KƏSKİN AZALIB – Bankirlər pullarını haralara yatırır?

BANK KREDİTLƏRİNİN HƏCMİ KƏSKİN AZALIB – Bankirlər pullarını haralara yatırır?

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanın bank sekotrunda əsas kapitaldakı bank kreditləri ildən-ilə azalır. Məlumatda qeyd olunur ki, 2017-ci ildə əsas kapitala yönəlmiş vəsaitlərin ümumi həcminin 14,16 faizini bank kreditləri (15,550 milyard manat) təşkil edib. 2018-ci ildə bu göstərici azalaraq 13 faiz təşkil edib. 2019-cu ilin yanvar-noyabr aylarının yekunlarına görə, əsas kapitala yönəldilmiş bank kreditləri cəmi 7,7 faiz təşkil edib. Bu rəqəmlər artıq ikiqat azalmadan xəbər verir.Tanınmış ekspert Samir Əliyev DSK-nın məlumatlarını AzPolitika.info-ya şərh edərkən bildirib ki, 2015-ci ildən başlayaraq bank sektorunda kreditləşmə azalmağa başlayıb. Onun sözlərinə görə, 2018-ci ildə neqativ tendensiya dayandı və bu sektorda artım qeydə alındı.

S.Əliyev vurğulayır ki, bu artımın əsas drayveri, lokomotivi istehlak kreditləridir: “Artıq istehlak kreditlərinin payı ümumi kredit portfelində 40 faizi ötüb. Xatırladım ki, bu rəqəm əvvəlki illərdə 30 faizə qədər azalmışdı. Əlbəttə, bu təhlükəli haldır. Banklar kredit verməkdə o qədər də maraqlı deyillər. İstehsal sektoruna isə ümumiyyətlə vəsait vermək istəmirlər. Ona görə də daha çox istehlak kreditləşməsinə üstünlük verirlər.Göstərilən statistikada ona görə belə aşağı rəqəmlər qeydə alınıb ki. Banklar yalnız istehlak kreditlərini maliyyələşdirməkdə maraqlıdırlar”.

Bunun səbələrinə gəlincə, iqtisadçı bildirdi ki, banklar real sektorda risklər çox olduğuna görə, vəsait ayırmaqdan çəkinirlər: “Digər tərəfdən, devalvasiyadan sonra kredit borcları yaransa da, əhaliyə kreditlər verilməyə başladı. Amma sahibkarların məsələsi açıq qaldı. Əsas problemli kreditlər də məhz sahibkarlardadır. İndi bir çox iş adamının kredit tarixçəsi pisləşib və onlar banklardan kredit ala bilmirlər. Ümumi statistikanın pisləşməsinin bir səbəbi də bununla bağlıdır. Həm risk böyükdür, həm də müştəri kontingentinin reputasiyası zədələnib”.

Beləliklə bank müştərilərinin sayı kifayət qədər aşağı düşüb. Yeni müştərilərin sayı isə çox azdır. Həmçinin bir çox vətəndaşlar gəlirləri ilə bağlı şəffaflıq məsələsinə riayət edə bilmədiklərinə görə, banklara müraciət edə bilmirlər” – deyə Samir Əliyev vurğuladı.İqtisadi Təşəbbüslərə Yardım ictimai Birliyinin üzvü, tanınmış iqtisadçı Rövşən Ağayev isə bildirir ki, əsas kapitalda bank kreditlərinin azalmasının əsas səbəbi kommersiya qurumlarının uzunmüddətli layihələrə vəsait ayırmaması ilə bağlıdır:

“Bank kreditləri uzunmüddətli maliyyələşmə tələb edən, investisiya tutumlu layihələrdən dah çox qısamüddətli layihələrdə, cari xərcləmələrin maliyyələşməsinə yönəldilir.Uzunmüddətli və kapitaltutumlu layihələr həm risk səviyyəsinin yüksək olması,

həm də aşağı fazili maliyyələşməyə ehtuyac duyduğu üçün banklar belə kreditləşməyə az maraq göstərirlər”.

Ekspert vurğulayıb ki, xüsusilə, son bir ildə istehlak kreditlərinin daha böyük sürətlə artması da bu meyli təsdiqləyir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …