Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / Banan niyə küçələrdə su qiymətinə satılır? – Ekspert

Banan niyə küçələrdə su qiymətinə satılır? – Ekspert

“Havaların kəskin dəyişməsi Azərbaycana gətirilən bananın qiymətinə təsir göstərib”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfat məhsulları üzrə ekspert Vahid Məhərrəmov Bakıda metrostansiyaların qarşısında kloqramı 1 manata satılan bananın qiymətindən danışarkən deyib. Ekspertin sözlərinə görə, metrostansiyalarn qarşısında satılan bananların qiymətinin aşağı olmasının bəzi səbəbləri var:
“Metrostansiyaların qarşısında satılan bananı evdə çəkərkən görürsən ki, alıcıları çəkidə ən azı 200-250 qram aldadırlar. Bu mənim də başıma gəlib. “İnşaatçılar” metrostansiyasının qarşısından banan almışam, aparıb çəkəndə onun çəkisinin az olduğunu görmüşəm. Ümumiyyətlə, Azərbayanda bananın qiymətində endirim var. Hazırda banan ölkəyə çox gətirilir. Havaların kəskin dəyişməsi – həddindən artıq isti, soyuq, yağışlı keçməsi bir başa bananın qiymətinə təsir edən faktorlardır. Bu bizneslə məşğul olan oliqarx düşünür ki, bananın xarab olması ona daha çox ziyan vurar, nəinki onu nisbətən ucuz qiymətə təklif etməsi”. Vahid Məhərrəmovun fikirincə, supermarketlərdə qiyməti tənzimləmək biznesmənlər üçün müəyyən vaxt aparır:
“Amma kiçik biznes piştaxtalarında banan çox ucuz qiymətə təklif edilir. Yalnız banan deyil, digər sitrus meyvələri, məsələn, ananasın bir ədədi 4-5 manata satıldığı halda piştaxtalarda 1,50 ya da 2 manata satılır. Bunu oliqarx məmurlar nəzarətdə saxlayır ki, daha çox ziyana məruz qalmamaq üçün müəyyən günlərdə qiyməti endirib daha çox satsınlar”.

Həmçinin oxuyun

“Çıraq” platformasından hasilat dayandırılır

BP Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, AÇG-nin illik iş …