Ana səhifə / İqtisadiyyat / Balıq bahalaşdı – VİDEO

Balıq bahalaşdı – VİDEO

Balığın qiyməti də bahalaşıb. Alıcılar ötən illə müqayisədə bahalaşmanın 3-5 manat arasında olduğunu deyirlər. Satıcılar dəniz balıqlarının qiymətinin artıdığını təsdiqləyirlər. Bildiriblər ki, yerli təsərrüfatlarda yetişdirilən balıqların qiymətində isə ciddi dəyişiklik yoxdur.

Ət və bir sıra digər ərzaq məhsullarının bahalaşması fonunda, balıq qiymətlərində də artım müşahidə edilir.

Alıcılar deyirlər ki, növündən asılı olaraq balıqlar 3-5 manat arası bahalaşıb.

Uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir. Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən – İran və Rusiyadan gətirilir.

Satıcılar təsərrüfatlarda yetişdirilən balıqların qiymətinin dəyişmədiyini deyirlər…

Bildirildi ki, qiymətlər bəzi balıq növlərinin ovuna qoyulan qadağa bitəndən sonra enə bilər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …