Şənbə , May 28 2022
Ana səhifə / İqtisadiyyat / Bakının qaz təklifi, Xankəndi separatçılarının qapaz istəyi

Bakının qaz təklifi, Xankəndi separatçılarının qapaz istəyi

Qarabağdakı terrorçu-separatçı rejim martın 8-dən “tumanını başına atıb” ki, bəs, qazımız yoxdur, soyuqdan donuruq. Bu günlərdə dünyanın heç bir yerində rast gəlinməyən reaksiyaları müşahidə etdik, okeanın o tayından – ABŞ-dan, Fransadan, Rusiyadan, Avropa institutlarından eyni şəkildə xor oxudular, Azərbaycana çağırış etdilər ki, Qarabağ ermənilərini qazsız qoymasın.

Amma artıq Azərbaycan dövləti ilə keçmişdəki kimi danışmağın mənası yoxdur. Fərrux istiqamətindəki əsgər və zabitlərimizin Rusiya sülhməramlılarını necə başa saldığını – özü də AZƏRBAYCANCA – hamımız gördük! Dəmir yumruq hər an işə düşə bilər, bunu hər kəs anlamalıdır. Erməni ekspertlər şivən salıblar ki, Azərbaycan Rusiyanın Ukraynaya başının qarışmasından istifadə etmək istəyir. Amma əslində vəziyyətdən sui-istifadə edən erməni terrorçulardır. O günlərdə səsgücləndiricilərlə Azərbaycan əsgərinə “sizi evdə gözləyirlər” xəbərdarlığı edəcək qədər başlarından böyük qələt eləyən erməni quldurları cavabını almalı idi v ilin 10 noyabr ə alır da! Ortada  2020-ci ilin 10 noyabr razılaşması, üçtərəfli müqavilənin 4-cü bəndi var: erməni silahlılar dərhal Azərbaycan ərazisindən çıxarılmalı idi! Amma il yarım ərzində nə gördük: mövqelər qurdular, səngərlər qazdılar, kameralar yerləşdirdilər, əski parçalarını asdılar başlarının üstündə! Demək, sülhməramlılar da öz missiyalarını icra edə bilmədilər. Başqa necə olmalı idi: BMT qətnamələrini təkbaşına icra edən qüdrətli ordumuz öncə xəbərdarlıq etdi, lazım gələcəksə, ardı da olacaq!

İlham Əliyev xalqa müraciət edib » Azərbaycan Prezidentinin Rəsmi internet  səhifəsi

Bütün baş verənlərə rəğmən Azərbaycan dövləti yenə də humanist davranır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata diqqət edək: “Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir”.

“Azəriqaz”dan isə bildirilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq. “Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər”, – məlumatda qeyd olunub.

Azəriqaz": "Sabahdan Xankəndiyə qaz veriləcək" | marja.az

Göründüyü kimi, həm SOCAR, həm “Azəriqaz” bütün olanlara rəğmən, Qarabağın ermənilər yaşayan ərazilərinə qazın nəqlini bərpa edəcəyini elan edib. Əslində etməyə bilərdi. Ən əsası ona görə ki, qaz kəməri işğal dövründə qanunsuz olaraq Ermənistandan çəkilib! Üstəlik, nəql olunan maye yanacaq Azərbaycana məxsus deyil. Deməli, istehlakın əvəzində Azərbaycana hər hansı ödəniş edilməyəcək ki, bu da dünyada qəbul olunan qayda deyil. Nə ABŞ, nə Fransa, nə Rusiya, nə digər ölkə razı olmaz ki, onun icazəsi olmadan hansısa ölkədən onun sərhədləri daxilinə bircə çöp keçirilsin! Lakin Azərbaycanı buna vadar etməyə çalışırlar. Kimsə erməni quldurlara çağırış etmir ki, Azərbaycan ərazisindən rədd olun, ordakı mülki əhali təhlükəsiz yaşasın, həm də təmin olunsun, o cümlədən qaz, su, işıqla.  Bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycan bəyan edib ki, qaz kəməri təmir olunacaq. Özü də erməni terrorçuların sıradan çıxartdığı kəmər! Bəli, istisna deyil ki, erməni terrorçular vəziyyəti gərginləşdirmək, Azərbaycan dövlətinə qarşı xarici təzyiqlərə rəvac vermək, Minsk Qrupunu dövriyəyə soxmaq üçün kəməri partladıb. Özü də martın 19-da  Azərbaycan təmir işini həyata keçirəndən, iki gün qaz veriləndən sonra yenidən kəmər sıradan çıxarıldı. Bu ərəfədə hətta Anjey Kasprşik özünü İrəvana yetirdi. Demək, bunlara gərginlik lazım imiş. 

Araik Artunyan Xocalı ərazisinə gəlib » Anews.az Azərbaycan xəbər portalı

Təsadüfi deyil ki, Araik Arutyunyan Xankəndidə “hərbi vəziyyətlə bağlı fərman imzaladı”, aksiyaları qadağan etdi. Qorxur ki, küçələrə çıxan erməni əhali bir gün onu kabinetində ayağından asar.  Artıq girovluqdakı erməni əhali da anlayır ki, terrorçular onların həyatı ilə oynayır. Azərbaycan qaz kəmərini sıradan çıxaracaqdısa, qarlı-çovğunlu günlərdə onu niyə təmir edirdi, bu barədə kimsə danışmır. Hətta ermənilər təşəkkür də etmişdilər təmirə görə – rus sülhməramlılara! Bu qədər nankordurlar!

Oxu.az - Rəsmi Bakı: Moskvanın bu ifadəsi təəccüb doğurur

İndi gələk Bakının humanist qərarına erməni quldurların verdiyi reaksiyaya. Qarabağdakı qondarma rejimin münasibəti budur:

“Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və ya onun törəmə şirkəti “Azəriqaz”ın “artsax respublikası”na qaz tədarükü prosesi ilə heç bir əlaqəsi ola bilməz”. Bu barədə “artsaxqaz” şirkətindən bildirilib. Daha sonra deyilir: “Martın 27-də Azərbaycanın bir sıra KİV-ləri xəbər yayıblar ki, guya “Azəriqaz” “artsax”a gedən qaz kəmərində baş vermiş qəzanın nəticələrini aradan qaldırıb və martın 29-dan “artsax”a qaz verilişi bərpa olunacaq. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan bəyanat yalan və təxribat xarakterli dezinformasiyadır, onun məkrli məqsədi indiki çətin vəziyyətdən istifadə etmək və Artsax ermənilərini və beynəlxalq ictimaiyyəti informasiya sahəsində çaşdırmaqdır. Nəzərinizə çatdırırıq ki, təbii qaz “artsax respublikası”nın ərazisinə Ermənistan Respublikası ərazisindən vahid qaz kəməri ilə verilir və təchizatçı “Qazprom Ermənistan” QSC-dir (Qazprom PJSC-nin 100% törəməsi). Qaz kəməri ilə gələn təbii qazın qəbulu, paylanması və abonentlərə çatdırılması “artsaxqaz” qsc tərəfindən həyata keçirilir. Buna görə də, bəyanatda qeyd olunan Azərbaycan dövlət neft şirkəti SOCAR və ya onun törəmə şirkəti “Azəriqaz”ın “artsax respublikası”na qaz tədarükü prosesi ilə heç bir əlaqəsi ola bilməz. Belə bir vəziyyət hətta texniki və ya coğrafi baxımdan ağlasığmazdır”.

Fərrux kəndini 1920-ci ildə Həbib bəy Səlimov, 1992-ci ildə isə Şirin  Mirzəyev azad etmişdi..."

Separatçıların yaydığı məlumatı olduğu kimi təqdim etdim ki, vəziyyət hər kəsə aydın olsun. Azərbaycan dövlətinin humanizminə verilən reaksiya budur! Özü də bu açıqlama baş terrorçu Araik Arutyunyanın Xocalı ərazisinə – Pirlər və Xanabad istiqamətinə gəldiyi gün açıqlanıb. Araik oralarda sülənib ki, erməniləri sakitləşdirsin, qaçıb aradan çıxmaq istəyənlərə toxtaqlıq vermək üçün oralarda görünüb. Əslində isə separatçılar Bakıdan gələn xəbərin ardınca özlərini yığışdırmalı, son hadisələrdən dərs almalı idilər. Belə aydın olur ki, Qarabağdakı silahlı tör-töküntülərə qaz lazım deyil. Kəsəsi, onlara paz lazımdır. Necə deyərlər, pazı pazla çıxararlar! Bəlkə də Xankəndi separatçılıarın başından böyük danışmasına cavab olaraq SOCAR və “Azəriqaz” öz qərarını geri oxusa, daha yaxşıdır. Biz onların təhlükəsizlik qaydalarını belə elan etdik, onlarsa bizə təhlükə vəd edirlər.Beləsinə qaz yox, paz, yaxud qapaz yaraşır!

Həmçinin oxuyun

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək. Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında …