Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda yemiş niyə bahadır?

Bakıda yemiş niyə bahadır?

Kənd Təsərrüfatı Nazirliyi Bakıda satılan yemişin baha olması ilə bağlı iddialara münasibət bildirib.
B
ununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verib. 

“Sabirabaddakı bostanda yemişin alış qiyməti 10-12 qəpikdir. Fermer deyir ki, sahədən topdan məhsul alanlar, yəni alverçilər Bakıda yemişin 1 kiloqramını 25 qəpiyə satdıqlarını deyərək 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulunu daha ucuz satmağı tələb edirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür, üstəlik özünün yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, “sahədən baha almışıq, ona görə baha satırıq” deyib kəndlinin günahına girir. abirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketdə fermerdən 10 qəpiyə alınan yemiş 55 qəpiyə (5-6 dəfə baha) satılır, paytaxtdakı marketlərində isə 1 – 1,5 manata (10 – 15 dəfə baha) satılır”, – deyə o, qeyd edib. 

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …