Cümə axşamı , Dekabr 2 2021
Ana səhifə / İqtisadiyyat / Bakıda torpaq sahələrinin qiyməti UCUZLAŞDI

Bakıda torpaq sahələrinin qiyməti UCUZLAŞDI

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb. Bunu “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, ötən ili sentyabr ayı ilə müqayisədə də torpağın qitymətində 4,72 faiz azalma baş verib. Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın ora qiyməti 20 800 manat təşkil edib.

Ekspert bildirib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahəlkərinə marağın azalması ilə bağlıdır. Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.

Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib. Trend.az

Həmçinin oxuyun

“Azərbaycan neftinin “STAR”da emalı səmərəli olmaz”

“STAR” Zavodu 28 fərqli növ xam neftin testini edib, bu neft məhsullarını emal etmək qabiliyyətinə …