Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda təməl məhsul və xidmətlər üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat lazımdır

Bakıda təməl məhsul və xidmətlər üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat lazımdır

Bakıda sırf təməl məhsul və xidmətlərdən formalaşan səbətlə keçinə bilməsi üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat tələb edilir.
Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
İqtisadçı ekspert yazır ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə bağlı Planlama Agentliyi şəhərdə insanların həyat keyfiyyətinin necə dəyişdiyini izləmək üçün müntəzəm araşdırma aparır: “İl ərzində bir neçə dəfə ayrı-ayrı 2 hesabat açıqlanır; “Əhalinin yaşayış xərcləri” və “İstanbulda tələbə olmağın xərcləri”.
Ən son son hesabata görə, 4 nəfərdən (valideynlər+2 uşaq) ibarət ailənin təməl qida, xidmət və qeyri-ərzaq məhsullarından ibarət 1 aylıq ailə səbətinin dəyəri təxminən 28 min TL-yə (1500 USD və ya 2500 manat) bərabərdir. Tədiqat orta statistik ailənin istehlak etdiyi 321 məhsul və xidmətin daxil olduğu səbət əsasında aparılır. Məlumat üçün deyim ki, Azərbaycanda inflasiyasını hesablamaq üçün hər ay 520-dən artıq məhsul və xidmətlərin qiyməti müşahidə edilir. Yəni, hesab edin ki, bu səbətin içərisində ən vacib olanları seçilir və standart ailənin yaşayış xərclərinin hesablanması üçün istifadə edilir.
Numbeo saytı üzərindən müqayisə elədim, mənzil kirayəsi nəzərə alınmadıqda, İstanbul və Bakı arasında təməl qida, geyim əşyaları və xidmətlərinin dəyəri arasında fərq 25%-dən çox deyil. Mənzillərin qiyməti və icarəsi nəzərə alındıqda bu fərq 45%-ə çatır, çünki İstanbulda bu sahədə qiymətlər az qala 2 dəfə Bakıdan yüksəkdir.
Agentliyin araşdırmasında 1600 ev təsərrüfatı iştirak edib və onlardan 61%-i qeyd olunan məbləğdə yaşayış xərclərini qarşılamaqda çətinliklə üzləşdiklərini dilə gətriblər. Yəni, bu o deməkdir ki, Bakıda sırf təməl məhsul və xidmətlərdən formalaşan səbətlə keçinə bilməsi üçün 4 nəfərlik ailəyə ayda azı 2000 manat tələb edilir”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …