Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda süni DOLLAR QITLIĞI… – Kimlərsə maraqlıdır…

Bakıda süni DOLLAR QITLIĞI… – Kimlərsə maraqlıdır…

Sahibkarlardan DİA.AZ-a gələn informasiyaya görə, keçən həftənin son günlərində paytaxt ərazisində süni dollar qıtlığı müşahidə olunub və bu gün səhər saatlarından da anoloji hal baş verməkdədir.

Dia.az-a bildirilənə görə, qarşıdan gələn yen illə əlaqədar bayram hazırlıqları üçün yeni ticarət mövsümünün açılması səbəbindən bəzi möhtəkirlər dolları sahibkarlara ya baha qiymətə satmağa çalışırlar, ya da ümumiyyətlə satmaqdan imtina edirlər ki, bu da əslində dolayı DOLLAR SABOTAJI anlamına gəlir.

Xatırladaq ki, buna qədər də hansısa maraqlı qüvvələrin oxşar əzələ nümayişləri baş vermişdir ki, nəticədə həbslər belə həyata keçirildi.

“Görünür, fürsətcillər hələ də ölərinə yığışmayıblar” deyən sahibkarlar dia.az-a onu da bildirdilər ki, rəsmi dairələr sözügedən mənzərə təcili müdaxilə etməlidir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …