Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda son istifadə tarixi 30 fevralda bitəcək qaymaq satılır – 2 nəfər işdən çıxarıldı

Bakıda son istifadə tarixi 30 fevralda bitəcək qaymaq satılır – 2 nəfər işdən çıxarıldı

Sosial şəbəkələrdə yerli istehsal olan qaymağın üzərində son istifadə müddətinin 30 fevral olduğunu göstərən fotoşəkil paylaşılıb. 

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) informasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini Aysel Fərziyeva azvision.az-a bildirib ki, artıq bununla əlaqədar araşdırmalara başlanılıb.

“Qaymağın üzərində son istifadə tarixinin 30.02.2019-cu il qeyd edilməsi ilə bağlı məlumat Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunvericiliyin tələbləri çərşivəsində tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə bağlı agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”,- qurum rəsmisi vurğulayıb.

***

“Xırman” şirkəti istehsal etdiyi “Qaymaq”məhsulun üzərində son istifadə müddətinin 30 fevral göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan fotoşəkilə münasibət bildirib. Brendin layihə rəhbəri Leyla Quliyeva azvision.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını deyib.“Lazımi şöbələrə iradlar bildirilib. Keyfiyyətə nəzarət şöbəsinin 2 əməkdaşı məsuliyyətsizliyə görə işdən çıxarılıb. Bu, sırf texniki səhvdir, avadanlıq səhvidir və bunu inkar etmirik. Ərazidən bütün məhsullar yığışdırılır. Buna görə də bütün müştərilərimizdən üzr istəmişik və səhvimizi düzəldəcəyik”.

Qeyd edək ki, həmin məhsul “Qaymaq” qatılaşdırılmış şəkərli südüdür.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …