Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / İqtisadiyyat / Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar

Bakıda satılan 5 otaqlı evin qiymətinə Braziliyada ada almaq olar

Paytaxtda 13 000 000 AZN qiymətində ev satılır.

Bu barədə elan bina.az saytında yerləşdirilib. Elan sayta bu gün yerləşdirlilib.

Məlumata əsasən, Bakı şəhəri, Rəsulzadə qəsəbəsində yerləşən 5 otaqlı ev çox baha qiymətə satılır.

Belə ki, ümumi sahəsi 4 sot olan evin yaşayış sahəsi 255 kvadratmetr təşkil edir. Bu cür villaya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 13 000 000 manat ödəməli olacaq.

Qeyd edək ki, bu qiymətdən də aşağı, Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.

Həmçinin oxuyun

Mərkəzi Bankdan yeni 10 manatla bağı açıqlama

Yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanı Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən …