Şənbə , Fevral 27 2021
Ana səhifə / İqtisadiyyat / Bakıda milyonçular villalarını kütləvi satışa çıxarır – Fotolar

Bakıda milyonçular villalarını kütləvi satışa çıxarır – Fotolar

Son günlər Bakının ətraf qəsəbələrində və şəhər mərkəzinə yaxın ərazilərdə olduqca bahalı villaların satışına dair elanların sayı artıb.

Cebhe.info-nun əmlak saytlarında apardığı müşahidələr göstərib ki, xüsusilə fevralın ilk günlərindən etibarən dəyəri 500 min manatdan yuxarı olan əmlakların satışı ilə bağlı elanların sayı artıb.

Hətta tikinti və təmirinə, eləcə də avadanqılarına 1 milyon manatdan artıq vəsait xərcləndiyi bildirilən vilalların yarı qiymətə- 500 min manata satışa qoyulması hallarına da rastlanılıb.

Müşahidələr göstərib ki, satışa çıxarılan villaların bir çoxu əsasən Badamdar ərazisində yerləşir. Burada sahəsi 300-500 kvm olan villalar 500-950 min manat arası təklif olunur.

Villa satışına görə ikinci yeri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi tutur. Burada da son günlər satışa çıxarılan villaların sayı artıb. Qiymət isə 500-900 min manat arasında dəyişir.

Maraqlı məqam villaların içərisindəki bahalı əşyalarla birlikdə satılması və qiymətlərin buna görə hesablanmasıdır.

Görünür, villa sahibləri ya ehtiyacdan, ya da zərurətdən əşyaların ayrıca satışına xüsusi zaman ayırmaq niyyətində deyillər. 

Bakıda milyonçular villalarını kütləvi satışa çıxarır  - Fotolar
Bakıda milyonçular villalarını kütləvi satışa çıxarır  - Fotolar
Bakıda milyonçular villalarını kütləvi satışa çıxarır  - Fotolar

Həmçinin oxuyun

Yayadək artıq neft tükənəcək, tədarük çətinləşəcək. SOCAR nə düşünür?

Dünya bazarlarında neft qiymətlərinin sıçrayışına hazırlaşmaq məqsədilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hasilatı dayandırılmış quyularda …