Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda maraqlı sosial test: “Ehtiyacın varsa götür, yoxdursa gətir” – VİDEO

Bakıda maraqlı sosial test: “Ehtiyacın varsa götür, yoxdursa gətir” – VİDEO

Bakıda ilk dəfə olaraq qeyri-adi sosial test keçirilib.

BAKU.WS-in məlumatına görə, sosial tesin videosu “Alles Pro” youtube kanalında yerləşdirilib.

Sosial test bundan ibarətdir ki, üzərinə müxtəlif məbləğlərdə pul yapışdırılmış və üzərinə “ehtiyacın varsa götür, yoxdursa gətir” yazılmış kağız lövhəni əlində tutmuş oğlan Bakının mərkəzində dayanıb.

Oğlanın yanından keçən insanlar əvvəlcə bunu maraqla izləyirlər. Daha sonra isə bəziləri pul verir, bəziləri isə puldan götürür.

Məlum olub ki, oğlanın üzərindən pul götürənlərin sayı daha çoxdur. Onlarından bəziləri rayona getməyə pulu çatmadığına, su almaq istədiyinə, bəziləri isə dərman almaq üçün pulu kifayət etmədiyinə görə götürdüklərini deyiblər.

Maraqla qarşılanan sosial testin videosunu təqdim edirik.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın