Şənbə , May 25 2019
Ana səhifə / İqtisadiyyat / Bakıda mənzillərin qiyməti ucuzlaşıb

Bakıda mənzillərin qiyməti ucuzlaşıb

2018-ci ilin mart ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.
Bunu Trend-ə daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində azalma 3.63 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlərdə azalma 3.27 faiz təşkil edib.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin azaldığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 1.12 faiz azalma, il ərzində isə 5.5 faiz artım olub.

N.İbrahimov qeyd edib ki, mart ayı ərzində qiymətlərin azalması bazarda aktivliyin aşağı düşməsi ilə bağlıdır: “İnsanlar evi daha çox kredit hesabına alırlar və kredit portfelinin azalması bazara öz təsirini göstərib”.

Həmçinin oxuyun

“Büdcə gəlirlərinin və xərclərinin artımı 7 illik rekordu yeniləyib”- Hesablama Palatası

2018-ci il üzrə dövlət büdcəsinin proqnozlaşdırılması prosesində ÜDM-in real ifadədə artımı 1,5%, hesabat ilinin 9 …