Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda mənzillər ən çox hansı ərazidə satılır?

Bakıda mənzillər ən çox hansı ərazidə satılır?

Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.
Qeyd edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz artıb.
Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə alınıb.
2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.

Həmçinin oxuyun

Suvarma şirkətini BNA ilə nə bağlayır: 3,6 milyonluq tender (SƏNƏD)

Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair …