Cümə , Sentyabr 30 2022
Ana səhifə / İqtisadiyyat / Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir – VİDEO

Bakıda kredit faizləri regionlardan iki dəfə yüksəkdir – VİDEO

“Bakıdan fərqli olaraq regionlarda kreditlər daha yüksək fazilə təklif edilir”.

Bunu “Xəzər Xəbər”ə açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, kredit faizləri üzrə ən aşağı göstərici Bakıda və Naxçıvanda qeydə alınıb. Bu göstərici paytaxtda 10.68, Naxçıvanda isə 13.04 faizdir.

Millət vəkili deyib ki, orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda, bütün növ biznes borclanması da daxildir.

Vüqar Bayramov hesab edir ki, regionlarda yaşayan sahibkarlar və vətəndaşlar daha yüksək fazilərlə kredit götürmək məcburiyyətində qalırlar. Bu isə daha çox borclanmaya səbəb olur.

Millət vəkilinin sözlərinə görə, regionlarda sərmayə qoyluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir.

Həmçinin oxuyun

Qarabağda nə əkək, nə biçək – hökumət planlaşma aparır

İşğaldan azad olunan ərazilərin əsas iqtisadi potensialı kənd təsərrüfatına bağlıdır. Həm Yuxarı Qarabağ, həm də …