Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda kompüter və soyuducu istehsalı azalıb

Bakıda kompüter və soyuducu istehsalı azalıb

Ötən ilin yanvar-noyabr ayları ərzində paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 159,8 mln. manatlıq məhsul istehsal olunub.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 31,1% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 70,8% artıb.

Ötən ilin yanvar-noyabr aylarında Bakıda qızdırıcı məişət cihazlarının istehsalı 94,5% azalıb və cəmi 10 ədəd təşkil edib.

Bu müddət ərzində paytaxtda 1 202 ədəd məişət soyuducuları istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,6% azdır.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …