Ana səhifə / İqtisadiyyat / Bakıda kompüter, elektron və optik məhsullarının istehsalı azalıb

Bakıda kompüter, elektron və optik məhsullarının istehsalı azalıb

Bu ilin yanvar-mart aylarında Bakıda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 21,2 mln. manatlıq məhsul istehsal olunub.

Bakı Şəhər Statistika İdarəsindən ONA-ya verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 48,7% azalıb, elektrik avadanlıqlarının istehsalı isə 2,8 dəfə artıb.

Hesabat dövründə paytaxtda 250 ədəd məişət soyuducusu istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 9,4% azdır. Aprelin 1-nə hazır məhsul ehtiyatının sayı 158 ədəd olub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …