Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər bahalaşdı

Bakıda kommersiya obyektləri və torpaq bazarında qiymətlər bahalaşdı

Bu ilin may ayında Bakıda kommersiya obyektləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,91 faiz bahalaşıb.
Bunu Trend-ə “MBA Group” konsaltinq şirkətindən bildiriblər.
2019-cu ilin mayında kommersiya obyektlərinin bir kvadrat metrinin qiyməti 2645 manat təşkil edib. Ötən ilin may ayında isə bu rəqəm 2621 manata bərabər idi.
Torpaq bazarına gəldikdə isə, bu seqmentdə artım müşahidə olunub.
Bu ilin may ayında torpağın 100 kvadrat metri üçün qiymət 22 556 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,87 faiz çoxdur.
Bağ evləri bazarında da artım müşahidə olunub. Belə ki, 2019-cu ilin may ayında bağ evləri ötən ilin may ayı ilə müqayisədə 2 faiz artıb.

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …