Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda kirayə mənzillər ucuzlaşıb – VİDEO

Bakıda kirayə mənzillər ucuzlaşıb – VİDEO

Bakıda kirayə mənzillərin qiymətində enmə müşahidə edilir.

Ali məktəblərin açılıb- açılmayacağı ilə bağlı qeyri müəyyənlik kirayə mənzil bazarına təsir edib.

Əvvəlki illərdə bu ayın ortalarından sentyabr ayının əvvəlinə kimi Bakıda kirayə mənzil tapmaq müşkülə çevirilirdi. Amma indi mənzil çox olsa da, tələbat çox aşağı səviyyədədir.

Rieltorlar deyirlər ki, tələbatın aşağı olması kirayə mənzil bazarında qiymətlərin düşməsinə səbəb olub.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev isə bildirib ki, kirayə mənzil bazarında durğunluğa təkcə ali məktəblərin açılıb-açılmayacağı ilə bağlı qeyri müəyyənlik deyil, həmçinin turistlərin gəlməməsi səbəb olub.

Ekspert hesab edir ki, əgər ali məktəblər açılmasa və beynəlxalq uçuşlar tam bərpa edilməsə, qarşıdakı aylarda da paytaxt ərazisində kirayə mənzillərin qiymətində daha da enmə gözlənilir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …