Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İqtisadiyyat / Bakıda gündəlik kirayə evlərə maraq artıb – QİYMƏTLƏR

Bakıda gündəlik kirayə evlərə maraq artıb – QİYMƏTLƏR

Yeni ilin yaxınlaşması gündəlik kirayə ev bazarında canlanma yaradıb.
Buna səbəb bayramla əlaqədar ölkəmizə gələn turistlərin sayının artmasıdır.
Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, indi ərəb, Asiya ölkələrindən və İrandan gələn turistlərin əksəriyyəti daha çox gündəlik evlərə üstünlük verirlər. Tələbatın artması bu tip evlərin qiymət artımına səbəb olub.
Ən çox tələbat iki və üç otaq olan gündəlik evlərədir. Gündəlik kirayə mənzillərin qiyməti minimum 100-110 manatdan başlayır.
Ən bahalı evlər “İçərişəhər”, “Sahil” metrostansiyaları ətrafında yerləşir.
Ramin Osmanlı bildirir ki, turistlər “28 May” metrosu istiqaməti və paytaxtda Qış Parkı kimi tanınan ərazilərdə yerləşən evlərə daha çox üstünlük verirlər.
Ekspertin sözlərinə görə, turistlər gündəlik mənzil kirayə edərkən əsasən təmirə fikir verirlər. Bundan başqa, qonaqlar üçün evdə zəruri mətbəx əşyaları və televizorun olması da tələblər arasında yer alır. Gündəlik evlərdə qalmaq hotellə müqayisədə 2-3 dəfə ucuz başa gəlir.


Həmçinin oxuyun

ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ AÇIQLANDI

Azərbaycanda ötən il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.Bunu …