Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Bakıda evlərin qiyməti bahalaşıb

Bakıda evlərin qiyməti bahalaşıb

Bakıda aprel ayında təkrar mənzil bazarında qiymətlərdə 1.13 faiz artım müşahidə edilib.

Bunu Azvision.az -a açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, artım əsasən struktur dəyişikliyi hesabına olub: “Təklif edilən bahalı mənzillərin sayı çoxalıb, ucuz mənzillərin sayı isə azalıb. Pandemiya ilə əlaqədar ucuz qiymətə mənzil təklif edənlər onu satmağa ehtiyat edirlər və satmırlar. Bahalı mənzillər isə təklifdə qalır. Bunlar hamısı son nəticədə bahalaşmaya gətirib çıxarır”.

N.İbrahimov bildirib ki, ilkin mənzil bazarında da mənzillərin qiymətində 8.58 faiz artım baş verib.

Həmçinin oxuyun

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək. Bunu APA-ya açıqlamasında Nəsimi rayon …