Ana səhifə / İqtisadiyyat / Bakıda evlər ucuzlaşıb, bağ evləri isə bahalaşıb

Bakıda evlər ucuzlaşıb, bağ evləri isə bahalaşıb

2018-ci ilin iyun ayında Bakıda daşınmaz əmlak bazarında qiymətlər may ayı ilə müqayisədə 1,57 faiz azalıb.

Bunu  “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Ekspertin sözlərinə görə, ötən ay ərzində ucuzlaşma fərdi və bağ evləri bazarı istisna olmaqla bütün seqmentlərə təsir edib:

“Belə ki, bir ay ərzində ilkin mənzil bazarında qiymətlər 1,67 faiz, təkrar mənzil bazarında 0,21 faiz, torpaq bazarında 2,35 faiz, kommersiya obyektləri bazarında 0,52 faiz azalıb. Mənzil kirayəsi 1,24 faiz, kommersiya obyektlərinin icarəsi 1,77 faiz ucuzlaşıb. Fərdi evlər və bağ evləri bazarında isə qiymətlər iyun ayında 2,7 faiz artıb”.

O qeyd edib ki, iyun ayında qiymətlərin azalması bazar üçün adi haldır:

“Bu, yay mövsümü ilə bağlıdır. Bu zaman fəallıq əhəmiyyətli dərəcədə azalır ki, bu da qiymətlərin bir qədər düşməsinə səbəb olur. Mövsüm amili həmçinin fərdi və bağ evləri bazarında qiymət artımını şərtləndirir”.

Ekspert əlavə edib ki, ötən ilin iyun ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 2,66 faiz artıb. Onun sözlərinə görə bu, bağ evləri bazarında bahalaşma ilə əlaqədardır:

“Ötən ilin iyun ayı ilə müqayisədə ilkin mənzil bazarında qiymətlər 6,16 faiz, təkrar mənzil bazarında 0,82 faiz, torpaq bazarında 3,32 faiz, kommersiya obyektlərinin icarəsi bazarında 4,36 faiz, fərdi və bağ evləri bazarında isə 17,55 faiz artıb. Eyni zamanda kommersiya obyektləri bazarında qiymətlər 15 faiz, mənzil kirayəsi bazarında 9 faiz ucuzlaşıb”.

Həmçinin oxuyun

Ətin qiyməti niyə bahadır?

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 796,57 min ABŞ dolları dəyərində ət idxal edilib. Belə …