Ana səhifə / İqtisadiyyat / Bakıda bu bina 414 milyon dollara tikilib

Bakıda bu bina 414 milyon dollara tikilib

SOCAR-ın yeni inzibati binasının (“SOCAR Tower”) tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

Azinforum.az  “APA-Economics”ə istinadən xəbər verir ki, layihənin podratçısı olan “Tekfen” şirkəti binanın tikintisinin 414 mln. 237,659 min dollara başa gəldiyini açıqlayıb.

2017-ci ilin sentyabrın 15-nə “SOCAR Tower”də işlərin 99,2%-i başa çatıb. “Tekfen” bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

“SOCAR Tower” Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. “SOCAR Tower” beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.



Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …