Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda banklar dollar satmır?

Bakıda banklar dollar satmır?

Bakıda bankların dollar satışını dayandırdığına dair xəbər var.

Cebhe.info-ya dollar almaq istəyən vətəndaşlardan birinin verdiyi məlumata görə, bu gün ərzində Bakıda 21 bank filialında olub və heç birində dollar ala bilməyib.

Onun sözlərinə görə, getdiyi banklar bunun səbəbini izah etməyiblər. Banklar isə dollar satışı ilə bağlı problem olmadığını bildirib.

Ehtimal olunur ki, bu, valyutanın ölkədən çıxarılmasının qarşısını almaq üçündür. İranda dollar qıtlığının olduğu bir zamanda Azərbaycandan qonşu ölkəyə bu valyutanın aparılması ehtimalı böyükdür. Çünki İran Milli Bankı yumşadılmış dollar siyasətinə keçdiyini, ölkəyə dollar gətirilməsinə qoyulan məhdudiyyətin aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, hazırda dollar 1manat 70 qəpikdən satılır, 1 manat 67 qəpikdən alınır.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …