Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Bakıda ət niyə regionlardan daha bahadır? – AÇIQLAMA

Bakıda ət niyə regionlardan daha bahadır? – AÇIQLAMA

Ətin regionlarda ucuz olması ancaq Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.

O qeyd edib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır.

“Ətin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var. Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılar ilə ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”, – deyə o əlavə edib. Trend

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …